Ermənistan 2027 və ya 2028-ci illərdə Avropa İttifaqına qoşulmaq üçün müraciət edəcək

Ermənistan 2027 və ya 2028-ci illərdə Avropa İttifaqına qoşulmaq üçün müraciət edəcək

15:43
Bəyəndim (0) Bəyənmədim (0)

İrəvan Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaq niyyətində deyil.

Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan brifinqdə bildirib.

"Biz AİB-dən çıxmaq üçün hazırlıqlara başlamamışıq. Xalqın qərar vermək imkanı olması üçün alternativ formalaşdırmaq üçün hazırlıqlara başlamışıq. Biz AİB-dən çıxmaq niyyətində deyilik", - deyə o bəyan edib.

Eyni zamanda Paşinyan deyib ki, Ermənistan 2027-2028-ci illərdə Aİ üzvlüyü üçün müraciət edəcək.

“Bilirsiniz, AİB-dəki həmkarlarımız bizim qərar qəbul etməyimiz və referendum keçirməyimiz məsələsini qaldırırlar. Mən əvvəllər demişdim ki, hazırda referendum üçün heç bir əsas yoxdur, ona görə də onu keçirə bilmərik. Aİ-yə qoşulma məsələsi ilə bağlı referendum keçirməyimiz üçün ən azı müəyyən prosedurlardan keçməliyik və biz bu yolla irəliləyirik”, - deyə Paşinyan bildirib.

O, əlavə edib: “Mənə aydındır ki, bu proses 2027 və ya 2028-ci illərdə Aİ-yə tamhüquqlu üzv kimi qoşulma prosesinə başlamaq üçün rəsmi olaraq müraciət etməyimizə gətirib çıxarır.”

Əziz Mustafa