Rusiya  investorların vəsaitlərini mənimsəməkdə ittiham olunan  iş adamını Çinə ekstradisiya edib

Rusiya investorların vəsaitlərini mənimsəməkdə ittiham olunan iş adamını Çinə ekstradisiya edib

12:23
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya Daxili İşlər Nazirliyi investorların vəsaitlərini mənimsəməkdə ittiham olunan iş adamının Çinə ekstradisiya olunduğunu elan etdi.

Oxuməni.az xəbər verir ki, bunu Rusiya Daxili İşlər nazirliyinin məsul əməkdaşı İrina Volk deyib.

"Bu gün Şeremetyevo Beynəlxalq Hava Limanında Rusiya Daxili İşlər Nazirliyinin İnterpol Milli Mərkəzi Bürosunun və Rusiya Federal Penitensiar Xidmətinin əməkdaşları həmin ölkənin vətəndaşını Çin Xalq Respublikasının hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil verdilər. O, ictimaiyyətdən qanunsuz vəsait cəlb etmək ittihamı ilə beynəlxalq axtarışda idi", - Volk bildirib.

Çin hüquq-mühafizə orqanlarının məlumatına görə, 2018-ci ildən 2024-cü ilə qədər şirkətin təsisçisi maliyyə məhsullarını fəal şəkildə təbliğ edib və satıb, illik 11,5%-ə qədər gəlir vəd edib.

"Tənzimləyici orqanların təsdiqi olmadan və dövlət depozitlərini tələb etmək üçün ixtisasa malik olmayan fırıldaqçı həm real, həm də uydurma layihələrə investisiya təklif edib", - o bildirib.

Əziz Mustafa