Pakistan ilk yerli hava-hava raketini sınaqdan keçirib
Pakistanın sınaqdan keçirdiyi ilk yerli hava-hava raketi uzaq məsafələrdəki hərbi hava vasitələrini vura bilən qabaqcıl hədəfləmə sistemi ilə təchiz olunub.
Pakistan Silahlı Qüvvələri ilk yerli hava-hava raketi olan Faaz-ı uğurla sınaqdan keçirib.
Oxuməni.az xəbər verir ki, bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin Xidmətlərarası İctimaiyyətlə Əlaqələr şöbəsi (ISPR) məlumat verib.
ISPR-in məlumatına görə, raket düşmənin uzaq məsafələrdəki hava hədəflərini vura bilən qabaqcıl hədəfləmə sistemi ilə təchiz olunub. ISPR qeyd edib ki, Faaz-ın tətbiqi Pakistan Hərbi Hava Qüvvələrinin əməliyyat imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək və ölkənin müdafiə qabiliyyətini gücləndirəcək.
Əziz MUSTAFA
Digər xəbərlər



















































































