Fransa həbsxanalarında məhkumların sayı rekord həddə çatıb

Fransa həbsxanalarında məhkumların sayı rekord həddə çatıb

12:45
Bəyəndim (1) Bəyənmədim (0)


Fransa Ədliyyə Nazirliyi bildirib ki, həbsxana əhalisi son bir ildə 7,2% artaraq (1 oktyabr 2025-ci il tarixindəki 84.862-dən) hazırda 90.937-yə çatıb. Oxuməni.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşrinin məlumatında deyilir. Bu arada, penitensiar müəssisələrdə yerlərin sayı cəmi 1,5% artaraq 63.452-yə çatıb.

Ümumi həbsxana doluluq nisbəti 143,3% təşkil edib. Vəziyyət ən kəskin şəkildə məhkəməyəqədər məhbusların və qısa müddətli cəza çəkənlərin saxlanıldığı saxlama mərkəzlərində (maisons d'arrêt) müşahidə olunur. Orada doluluq nisbəti 178%-ə çatır. Çarpayı çatışmazlığı səbəbindən 8959 məhbus yerdəki döşəklərdə yatmağa məcburdur. Bu, bir il əvvəlkindən 52% artımdır.

"Le Parisien" qəzeti qeyd edir ki, Fransa həbsxanalarında xroniki izdiham davam edir. Avropa Şurası əvvəllər hesabatında Fransa penitensiar müəssisələrinin "insan anbarlarına" çevrilmə riski barədə xəbərdarlıq etmişdi.

Ədliyyə Nazirliyi modul tipli həbsxanalar tikməklə problemi qismən həll etməyi planlaşdırır. Nazirlik təxminən 3000 əlavə yer yaratmaq niyyətindədir ki, bunun yarısının yaxın illərdə istifadəyə verilməsi gözlənilir. 2018-ci il milli planında nəzərdə tutulan 15000 yerdən 8000-dən bir qədər çoxu 2026-cı ilin oktyabr ayının ortalarına qədər istifadəyə verilmişdi.

Avropa Şurasının 2025-ci il üçün məlumatlarına görə, Fransa Avropada həbsxana əhalisinin sıxlığı ən yüksək olan ölkələrdən biridir.

Əziz MUSTAFA