Dron hücumu bütün Moskva hava limanlarını iflic etdi
Dronlar 2 noyabr axşamı Moskvaya hücum etdi. Uçuş məhdudiyyətləri bütün Moskva hava limanında tətbiq edildi.
Oxuməni.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyaninin rəsmi açıqlamasında deyilir.
Rusiya rəsmisi axşam ərzində "dronların vurulması" barədə dörd dəfə məlumat verdi. Onun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə qüvvələri "46 dronu məhv edib"Sobyanin vaxtaşırı təcili yardım xidmətlərinin dağıntı sahələrində işlədiyini əlavə edib. Lakin o, dəymiş ziyan və ya itkilər barədə ətraflı məlumat verməyib.
- Məhdudiyyətlər bütün Moskva hava qovşağına təsir edib:
- Vnukovo və Domodedovo hava limanları uçuşları tamamilə dayandırıb;
- Şeremetyevo və Jukovski hava limanları qismən fəaliyyətdədir.
Xatırladaq ki, 30 oktyabr səhəri Rusiyanın Samara bölgəsindəki Novokuybışevsk şəhərinə dronlar hücum edib. Bir sıra partlayışlar eşidilib, ardınca sənaye zonasında, xüsusən də neft emalı zavodunda böyük yanğın baş verib.
Ufadakı Başneft neft emalı zavodunda dron hücumundan sonra yanğın baş verib.
Əziz MUSTAFA



















































































