Rusiya işgəncələrə qarşı Avropa Konvensiyasından çıxdı

Rusiya işgəncələrə qarşı Avropa Konvensiyasından çıxdı

10:28
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya Avropa Şurasının İşgəncələrə Qarşı Konvensiyasından rəsmi olaraq çıxdı. Oxuməni.az xəbər verir ki, bu barədə Avropa Şurasının mətbuat xidməti məlumat yayıb.

Denonsasiya proseduru 2025-ci ilin yayında hökumətin və Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə başlayıb. Avropa Şurası bu qərar barədə Rusiya rəhbərliyindən 30 oktyabr 2025-ci ildə bildiriş alıb. Qərar 1 noyabrda qüvvəyə minib.
Rusiya 1988-ci ildən bəri konvensiyanın tərəfidir. Müqavilə işgəncələrin qarşısının alınması üzrə beynəlxalq komitə yaradır. Komitə nümayəndə heyətləri yoxlamalar üçün konvensiyanın tərəfi olan ölkələrə - polis bölmələri və hərbi saxlama yerləri də daxil olmaqla bütün saxlama yerlərinə baş çəkə bilərlər.

Avropa Şurasının məlumatına görə, 2021-ci ilə qədər komitə nümayəndə heyətləri Rusiyaya 30 səfər edərək 450-dən çox saxlama yerinə baş çəkiblər. "Lakin Rusiya Federasiyası komissiya səfərlərinin hesabatlarının və cavablarının açıqlanmaması siyasətini bəyan edən yeganə iştirakçı dövlət olub", - deyə mətbuat açıqlamasında bildirilib.
Avropa Şurasının məlumatına görə, Rusiya yalnız dörd səfər hesabatı dərc edib. Dərc olunmamış hesabatlar 2000-2017-ci illər arasında Çeçenistan və Şimali Qafqaza edilən səfərlərə aiddir.

Əziz Mustafa