ABŞ Hərbi Hava Qüvvələri İsrail bazalarına 40-dan çox yanacaqdoldurma  təyyarəsi yerləşdirib

ABŞ Hərbi Hava Qüvvələri İsrail bazalarına 40-dan çox yanacaqdoldurma təyyarəsi yerləşdirib

07:56
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Hərbi Hava Qüvvələri İsrail hava bazalarına ən azı 43 yanacaqdoldurma təyyarəsi yerləşdirib ki, bunlar İrana qarşı zərbələr zamanı strateji və taktiki hava əməliyyatlarını dəstəkləmək üçün istifadə edilə bilər.

Oxuməni.az xəbər verir ki, bu barədə Britaniya aviasiya resursu Hərbi Hava İzləmə Alyansının (MATA) məlumatında deyilir.

Peyk görüntülərinə görə, hazırda Negev səhrasında Ramon hava bazasında 25, cənubi İsraildəki Ovda hava bazasında isə dörd ABŞ yanacaqdldurma təyyarəsi yerləşir. Daha 18 təyyarə isə Tel-Əvivdəki Ben Qurion hava limanında yerləşdirilib.

Daha əvvəl The Times of Israel qəzeti ötən həftə İsraildəki hava bazalarına 10-dan çox ABŞ Hərbi Hava Qüvvələrinin hərbi nəqliyyat təyyarəsinin eniş etdiyini bildirmişdi.

Bu uçuşların əksəriyyəti Texas ştatının El Paso şəhərindəki Biggs Ordu Aerodromundan yola düşüb. Ordunun Patriot hava hücumundan müdafiə sistemləri və Terminal Yüksək Hündürlük Ərazi Müdafiəsi (THAAD) raketdən müdafiə sistemləri ilə təchiz olunmuş 69-cu Hava Hücumundan Müdafiə Artilleriya Briqadası orada yerləşdirilib. Təyyarənin təyinat yeri İsrailin Nevatim və Ovda hava bazaları idi.

Son günlərdə Amerika hərbi təyyarələri ilə Yaxın Şərqdəki ABŞ bazalarına, o cümlədən İordaniya, Səudiyyə Ərəbistanı, Qətər və Küveytə bir neçə başqa yük uçuşu da həyata keçirilib.

Nəşrin məlumatına görə, yükün tərkibi məlum deyil, lakin bunun İranla mümkün yeni qarşıdurma mərhələsi gözlənilməklə bölgədə hava hücumundan müdafiəni gücləndirmək üçün ABŞ-ın tədbirləri ilə əlaqəli olduğu güman edilir.

Ötən çərşənbə günü The Wall Street Journal qəzeti ABŞ ordusunun bölgədə hava hücumundan müdafiəni gücləndirmək üçün Texasdan İsrailə Patriot hava hücumundan müdafiə sistemi göndərdiyini bildirib.

Əziz Mustafa