Sürixdə solçu radikal güclərin iğtişaşları başlayıb

Sürixdə solçu radikal güclərin iğtişaşları başlayıb

12:12
Bəyəndim (0) Bəyənmədim (0)

İsveçrənin Sürix şəhərində solçu radikal güclərin iğtişaşları başlayıb. Oxuməni.az xəbər verir ki, bu barədə 20 Minuten qəzetinin məlumatında deyilir.

Sürixdə keçirilən nümayişdə bir neçə yüz nəfər iştirak edib. Bazeldə təxminən 150 nəfər şəhər mərkəzindən yürüş edərək ictimai nəqliyyatı müvəqqəti olaraq dayandırıb.

Axşam saatlarında Sürixin Langstrasse və Helvetiaplatz ərazilərində iğtişaşlar başlayıb. Yerli medianın məlumatına görə, icazəsiz nümayiş iştirakçıları zibil qablarından, elektrik skuterlərindən və digər əşyalardan barrikadalar qurub və onları yandırıblar.
Bir müddət sonra Sürix şəhər polisi aqressiv bir izdihamın hüquq-mühafizə orqanlarının əməkdaşlarına fişəng, daş və butulkalar ilə hücum etdiyini bildirib. Buna cavab olaraq hüquq-mühafizə orqanları su şırnaqlarından, göz yaşartıcı qazdan və rezin güllələrdən istifadə edib.


Bundan əlavə, küçələrdə polislə toqquşmalar baş verib. Nümayişçilərin hərəkətləri pəncərələrin və digər əmlakın zədələnməsinə səbəb olub və naməlum şəxslər küçələrdən birində avtomobili yandırıblar. Gecə yarısından bir az əvvəl Sürixdə tibbi təcili yardıma cavab verən patrul maşınına da hücum edilib.

Media xəbərlərinə görə, ifrat solçu qruplar Sürixdəki mitinqdə iştirak etməyə çağırıblar.

Əziz Mustafa