Hegset İranda və Ukraynada gedən müharibələrlə bağlı məlumatları sızdırmaqda şübhəli bilinən generalı vəzifəsindən azad edib
ABŞ-ın müdafiə naziri Pit Hegset Birləşmiş Qərargah Rəisləri Komitəsində strategiya, planlaşdırma və siyasət idarəsinin rəhbəri vəzifəsini tutan general-leytenant Bret Silviyanı vəzifəsindən azad edib. Oxuməni.az xəbər verir ki, bu barədə The Hill, NBC News, The Washington Post və digər nəşrlər məlumat yayıb.
Müdafiə qurumundakı yüksək vəzifəli mənbənin sözlərinə görə, generalın işdən çıxarılmasına səbəb İran və Ukraynadakı müharibələrlə bağlı məxfi məlumatların sızdırılması olub.
Birləşmiş Qərargah Rəisləri Komitəsi oktyabrın 28-də Silviyanın vəzifəsindən azad edilməsi ilə bağlı bəyanat yayıb və onun 32 illik xidmətinə görə “dərin minnətdarlığını” bildirib. Lakin ertəsi gün bu bəyanat geri götürülüb.
Daha sonra Pentaqon nümayəndələri Silviyanın jurnalistlərə məxfi məlumat ötürməkdə ittiham olunaraq federal araşdırmaya cəlb edildiyini bildiriblər. Onların sözlərinə görə, generalın ehtimal olunan məlumat sızdırması ilə bağlı sorğu-sual edildiyi üç poliqrafiya testindən heç biri uğurlu olmayıb.
Pentaqon iddia edir ki, Silviya bəzən jurnalistlərlə görüşmək və onlara milli təhlükəsizliklə bağlı məlumatlar ötürmək üçün qurumun binasını tərk edib. Bununla belə, müdafiə qurumu generalın qanunsuz hərəkətlər etdiyinə dair heç bir sübut təqdim etməyib.
Silviyanın həmkarlarından birinin sözlərinə görə, general məxfi məlumat ötürdüyünü dəfələrlə təkzib edib, lakin jurnalistlərlə əlaqə saxladığını etiraf edib.
Almaz Həsənli
































.jpg)




































.jpg)













