Nyu-Cersi qubernatoru Rusiyadan ABŞ-a dizel yanacağı idxalının qarşısını almaqla hədələyir
ABŞ-ın Şərq sahilində neft məhsullarının paylanması və idxalı üzrə ən böyük mərkəzin yerləşdiyi Nyu-Cersi ştatının qubernatoru, ABŞ Demokrat Partiyasının nümayəndəsi Miki Şerrill Rusiyadan dizel yanacağı tədarükünün qarşısını almaq niyyətində olduğunu açıqlayıb. Oxuməni.az xəbər verir ki, bu barədə Reuters-in məlumatında deyilir.
Qubernator "Financial Times" qəzetinə bildirib: "Mən bunun [Rusiya dizel yanacağının] Nyu-Cersi limanına daxil olmasının qarşısını almaq üçün nələr edə biləcəyimizi araşdırıram". O, ABŞ Prezidenti Donald Trampın benzin və dizel yanacağının qiymətlərini aşağı salmaq üçün "heç nə etmədiyini" iddia edir.

Şerrillin bu bəyanatı noyabrın 3-nə təyin edilmiş ABŞ Konqresinə aralıq seçkilər ərəfəsində səslənib. Seçkilər nəticəsində Senatın üçdə birinin və Nümayəndələr Palatasının tam tərkibi müəyyən olunacaq. Hazırda hər iki palata Respublikaçılar Partiyasının nəzarətindədir.
Daha əvvəl ABŞ Nümayəndələr Palatasının bir qrup üzvü Rusiya dizel yanacağının ABŞ-a tədarükü ilə bağlı razılaşmaların icrasının qarşısını almağa yönəlmiş qanun layihəsi təqdim edib. "Axios" xəbər portalının məlumatına görə, həmin konqresmenlər biznes qurumlarına təzyiq göstərərək, onlardan Rusiya Federasiyasından dizel yanacağının tədarükünü nəzərdə tutan istənilən razılaşmadan geri çəkilmələrini tələb edirlər.
Əziz MUSTAFA
























.jpg)




































.jpg)






















