Çin, Putinlə hərbi əməkdaşlığı müzakirə edən generalı Kommunist Partiyasından xaric edib
Çin Kommunist Partiyası 33 rəsmi şəxsin öz sıralarından xaric edildiyini təsdiqləyib. Onların arasında Siyasi Büronun keçmiş üzvü Ma Sinjuy və Çin Xalq Respublikasının silahlı qüvvələrinin rəhbərliyində təmsil olunan, həmçinin Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşən yüksək rütbəli hərbi rəsmi Çjan Yuşya da var.
Çjan Yuşya ilə bağlı qərar partiya daxilində aparılan araşdırma çərçivəsində qəbul edilib. O, partiya intizamını və dövlət qanunlarını ciddi şəkildə pozmaqda ittiham olunub.
Oxuməni.az xəbər verir ki, bu barədə Çin dövlət mediası tərəfindən oktyabrın 29-da yayımlanan, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beşinci Plenumunun kommunikesində bildirilib. Çjan Yuşya Rusiya lideri ilə hərbi əməkdaşlıq məsələlərini müzakirə edib. Çjan Yuşya əvvəllər ölkənin silahlı qüvvələrinə nəzarət edən qurum olan Çin Mərkəzi Hərbi Komissiyasının sədr müavini vəzifəsini tutub. O, həmçinin Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olub.
2023-cü ilin noyabrında Çjan Yuşya Rusiya rəhbərliyi ilə danışıqlar aparmaq üçün Çin hərbi nümayəndə heyətinə rəhbərlik edərək Moskvaya səfər edib. Orada o, Rusiya Prezidenti Vladimir Putin və o vaxtkı müdafiə naziri Sergey Şoyqu ilə görüşüb. Bu görüşlərin əsas mövzularından biri Çin və Rusiya arasında hərbi-texniki əməkdaşlıq olub. Çjan Yuşya bildirib ki, nümayəndə heyəti iki ölkə liderləri arasında əldə olunmuş razılaşmaları həyata keçirmək, eləcə də hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında iştirak etmək üçün gəlib.
Danışıqlar zamanı Putin hərbi sahədə, xüsusilə də yüksək texnologiyalar sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb. Rusiya lideri xüsusilə kosmik sistemləri, yüksək orbitli peykləri və qabaqcıl silah növlərini qeyd edib.
Öz növbəsində, Çjan Yuşya Çinin Rusiya ilə hərbi əlaqələri gücləndirməyə hazır olduğunu təsdiqləyib. O, həmçinin Moskvanın Qərb sanksiyalarının təzyiqinə tab gətirmək bacarığına "hörmət"ini ifadə edib.
Əziz MUSTAFA























.jpg)




































.jpg)























