İsraildə səslərin hesablanması başa çatıb: Netanyahuya 8 mandat çatmayıb
İsrail Mərkəzi Seçki Komissiyası oktyabrın 27-də keçirilən parlament seçkilərində səslərin 100 faizinin hesablanmasını başa çatdırıb. Mandatların ilkin bölgüsünə əsasən, Baş nazir Benyamin Netanyahunun bloku Knessetdə 53 yer, Qadi Ayzenkotun rəhbərliyi ilə müxalifət bloku isə 48 yer qazanıb. Tərəflərdən heç biri hökumət formalaşdırmaq üçün tələb olunan 61 mandatlıq çoxluğa malik deyil.
Oxuməni. az “The Times of Israel”ə istinadən xəbər verir ki, müvafiq nəticələr İsrail Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanıb.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, oktyabrın 29-u axşam saatlarına qədər 5 697 290 səs hesablanıb. 120 deputat mandatının ilkin bölgüsü belədir: “Likud” — 27, Ayzenkotun “Yaşar!” partiyası — 21, Naftali Bennetin “Beyahad” partiyası — 12, Birləşmiş Ərəb Siyahısı — 11, “Demokratlar” və ərəb RƏAM partiyası — hər biri 8, “Bizim Evimiz İsrail”, “Otsma Yehudit” və “Yəhudat ha-Tora” — hər biri 7, ŞAS və “Dini sionizm — Zeut” birləşmiş siyahısı — hər biri 6 mandat.
Avigdor Libermanın “Bizim Evimiz İsrail” partiyası ilə Mənsur Abbasın RƏAM partiyası arasındakı fərq cəmi 394 səs təşkil edib. Lakin bu fərq mandatların bölgüsünü dəyişməyib.
Yoaz Hendel və Yaron Zelekhanın “Miluimniklər” adlı birləşmiş siyahısı səslərin 2,72 faizini toplayıb və 3,25 faizlik seçki baryerini keçə bilməyib. Knessetə daxil olmaq üçün bu siyahıya 29 966 səs çatmayıb.
Mərkəzi Seçki Komissiyası bülletenlər və protokollar əlavə yoxlanıldıqdan sonra rəsmi nəticələri çərşənbə günü açıqlamağı planlaşdırır. Prezident İsxak Hersoqun parlament fraksiyaları ilə məsləhətləşmələrə başlayacağı tarix hələ elan olunmayıb.
Bu arada müxalifət liderləri hökumətin formalaşdırılması ilə bağlı danışıqlara başlayıblar. Oktyabrın 29-u axşam Qadi Ayzenkot və Naftali Bennet Raananada Bennetin evində görüşüblər. Görüşün nəticələrinə görə, siyasətçilərin yeni hökumətin “ən qısa müddətdə” yaradılması imkanını müzakirə etdikləri bildirilib.
Almaz Həsənli




.jpg)









































.jpg)



















.jpg)
.jpg)
.jpg)















