ABŞ-da iki vertolyot havada toqquşub, ölənlər var

ABŞ-da iki vertolyot havada toqquşub, ölənlər var

15:17
Bəyəndim (1) Bəyənmədim (0)

Oreqonun şimal-qərbində iki vertolyot havada toqquşub. Göyərtədə olan üç nəfər həlak olub.

Oxuməni.az xəbər verir ki, CNN-in məlumatına görə, toqquşma 29 oktyabr cümə axşamı günü, gündüz saatlarında, hava limanının yaxınlığında baş verib. Xilasedicilər Portlanddan təxminən 40 mil cənub-qərbdə yerləşən Makminvil Bələdiyyə Hava Limanının yaxınlığındakı özəl kənd təsərrüfatı sahəsində vertolyot qalıqlarını aşkar ediblər.

Vertolyotlardan birində iki nəfər olub: Texasdan olan uçuş təlimatçısı 22 yaşlı Maddie Aasbo və Böyük Britaniyadan olan tələbə pilot, - Yamhill dairəsinin şerifi Sem Elliott cümə axşamı keçirilən mətbuat konfransında bildirib. Şerif bildirib ki, tələbənin adı ailə üzvlərinə bildirilənə qədər gizli saxlanılır.

Digər vertolyotun pilotu Oreqon ştatının Nyuberq şəhərindən olan 38 yaşlı Tayler Sturdevant olub. O, təyyarədə tək olub.

Şerif Ofisi ictimaiyyətdən ərazidən uzaq durmağı və "bu təcili hadisəyə reaksiya verərkən səbirli olmağı" xahiş edib.

Xatırladaq ki, Avropa Birliyinin sülhməramlı missiyasına göndərilən İtaliya hərbi CH-47 Chinook helikopteri dünən Bosniya və Herseqovinada qəzaya uğrayıb. Dörd nəfər ölüb, 11 nəfər yaralanıb.

Əziz Mustafa