Dron hücumları səbəbindən bütün Moskva hava limanları bağlanıb
29 oktyabr axşamı və 30 oktyabra keçən gecə Rusiyanın dörd Moskva hava limanının hamısı dron hücumları səbəbindən müvəqqəti olaraq dayandırılıb. Yaroslavl hava limanında da məhdudiyyətlər tətbiq edilib.
Oxuməni.az xəbər verir ki, bu barədə Rosaviasiya və Astra Telegram kanalı məlumat yayıb. Domodedovo, Vnukovo, Jukovski və Şeremetyevo hava limanlarında təyyarə enişi və uçuşuna məhdudiyyətlər qoyulub. Bəzi uçuşlar digər hava limanlarına yönləndirilib.
Astra və Flightradar24-ə görə, Moskva üzərində sərnişin təyyarəsi olmayıb. Nəşr yalnız Vnukovoda yerləşən və yüksək vəzifəli məmurları daşıyan "Rusiya" xüsusi uçuş dəstəsinin VIP təyyarələrinə diqqət yetirib.
Moskva meri Sergey Sobyanin isə yerli vaxtla saat 5.00-da paytaxt səmasında 56 dronun vurulduğunu iddia edib.
Əziz MUSTAFA


.jpg)




































.jpg)



















.jpg)
.jpg)
.jpg)






















