Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər
Səudiyyə Ərəbistanı Türkiyə Respublikasına öz ərazisində Türkiyəyə məxsus hərbi baza yaratmaq təklifi göndərib. Oxuməni. az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti mənbələrə istinadən yazıb.
Nəşrin qeyd etdiyi kimi, bu məsələ Türkiyə parlamenti tərəfindən Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında birgə müdafiə haqqında Məkkə sazişi ratifikasiya edildikdən sonra nəzərdən keçirilə bilər. Sənəd artıq Xarici İşlər Komissiyasından keçib, indi onun parlamentdə bütövlükdə təsdiqlənməsi gözlənilir.
Bildirilir ki, Türkiyə tərəfi bunu zəruri hesab edərsə, respublika parlamenti xaricə hərbi qüvvə göndərilməsi ilə bağlı mandat verməli və hərbi bazanın yaradılması barədə ayrıca sənəd qəbul etməlidir.
Nəşrin məlumatına görə, Türkiyə yeni təhlükəsizlik konsepsiyası çərçivəsində “ikitərəfli sazişlər və müxtəlif alyanslar çərçivəsində əldə olunan razılaşmalar əsasında müxtəlif qitələrdə, xüsusilə Afrika və Asiyada hərbi mövcudluğunu genişləndirməyi nəzərdən keçirir”.
Mənbə bildirib: “Yeni dövrdə Türkiyənin məqsədi hərbi potensialından yalnız öz sərhədlərini qorumaq üçün deyil, həm də təhlükəsizlik maraqlarının olduğu müxtəlif regionlarda çəkindirmə və diplomatik təsir yaratmaq üçün istifadə etməkdir”.
Bu, ABŞ-ın 2027–2028-ci illərdə Yaxın Şərq regionunda birbaşa hərbi mövcudluğunu azaltmağı planlaşdırması ilə izah olunur.
Mənbələrin sözlərinə görə, Səudiyyə Ərəbistanında mümkün hərbi baza Türkiyənin Qətərdəki bazası modeli əsasında yaradıla bilər.
Xatırladaq ki, Türkiyənin Qətərdəki hərbi bazası 2015-ci ildən ikitərəfli saziş əsasında fəaliyyət göstərir. Rəsmi statistikaya görə, bazada təxminən 3 min türk hərbçisi xidmət edir. Baza Qətər Silahlı Qüvvələrinin şəxsi heyəti ilə birgə təlimlərin keçirilməsi və onların hazırlanması üçün istifadə olunur.
Ümumilikdə, Türkiyənin 12 dövlətin ərazisində hərbi bazaları var. Bunlara Şimali Kipr, İraq, Suriya, Somali, Liviya və bir sıra digər ölkələr daxildir.
Almaz Həsənli















.jpg)















.jpg)
.jpg)
.jpg)






























.jpg)







.jpg)











