Ermənistan prezidenti Xaçaturyanın səhhəti pisləşib

Ermənistan prezidenti Xaçaturyanın səhhəti pisləşib

11:18
Bəyəndim (1) Bəyənmədim (0)

Ermənistan prezidenti Vaaqn Xaçaturyanın səhhəti son həftələrdə pisləşib. Oxuməni. az xəbər verir ki, bu barədə "hraparak.am" onlayn nəşri mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, siyasətçi 27 oktyabr 1999-cu ildə Ermənistan parlamentində baş vermiş terror aktının qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə iştirak etməyib, həmçinin COP-17 biomüxtəliflik konfransının tədbirləri də daxil olmaqla, bəzi tədbirlərdə iştirakını ləğv edib. Yalnız bir tədbirin açılışında çıxış etməklə kifayətlənib.

"Xaçaturyan uzun müddətdir ki, xəstədir, son zamanlar insanlar onun zahiri görünüşündə də dəyişikliklər müşahidə ediblər", - deyə nəşrdə bildirilir.

Jurnalistlər həmçinin yazırlar ki, çərşənbə günü, oktyabrın 28-də prezident Xaçaturyan Yerevanda keçiriləcək və "yüksək himayə" altında baş tutmalı olan Səudiyyə şahzadəsi Talal mükafatının təqdimetmə mərasimini buraxıb.

67 yaşlı Vaqen Xaçaturyan 13 mart 2022-ci ildən Ermənistan prezidenti vəzifəsini icra edir. Siyasətçi respublikanın beşinci prezidentidir.

Almaz Həsənli