Ərdoğan Trampla Ukrayna və Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı ikitərəfli münasibətləri, Yaxın Şərqdəki vəziyyəti, həmçinin Rusiya ilə Ukrayna arasında danışıqların bərpası istiqamətində səyləri müzakirə ediblər. Oxuməni. az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi X sosial şəbəkəsində məlumat yayıb.
Qeyd olunur ki, Ərdoğan amerikalı həmkarını Ankaranın Moskva ilə Kiyev arasında diplomatik nizamlanmanın bərpası üzrə səylərə dəstək verməyə hazır olduğu barədə məlumatlandırıb.
“Prezident Ərdoğan Türkiyənin Ukrayna ilə Rusiya arasında diplomatik prosesin bərpasına və münaqişənin diplomatik yolla sona çatdırılmasına yönəlmiş səyləri dəstəkləməyə hazır olduğunu bildirib”, — deyə Rəcəb Tayyib Ərdoğanın mətbuat xidməti bildirib.
Liderlər, həmçinin Türkiyə ilə ABŞ arasındakı ikitərəfli münasibətləri və beynəlxalq gündəmin aktual məsələlərini müzakirə ediblər.
Ərdoğan vurğulayıb ki, Ankara “2027-ci ildə qeyd olunacaq iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 100 illiyi ərəfəsində Türkiyə-ABŞ əlaqələrinin inkişafı və bütün sahələrdə əməkdaşlığa əlavə impuls verilməsi istiqamətində işi davam etdirəcək”.
Bundan əlavə, o qeyd edib ki, Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə birlikdə Məkkə sazişinin bir hissəsi kimi Yaxın Şərqdə baş verən hadisələri izləyir.
Xüsusilə, Ankara Hörmüz və Bab əl-Məndəb boğazlarında gəmiçiliyin normallaşdırılmasına çağırır.
Mətbuat xidmətində bildirilib ki, telefon danışığı zamanı “Tramp Ərdoğanı və Türkiyə xalqını Respublika Günü münasibətilə təbrik edib, həmçinin Türk Dövlətləri Təşkilatının sammitinə uğurlar arzulayıb”.
Almaz Həsənli













.jpg)












.jpg)
.jpg)
.jpg)






























.jpg)







.jpg)
















