Uşakov: Ukrayna üzrə üçtərəfli danışıqlar noyabrın 4-dən sonra keçiriləcək

Uşakov: Ukrayna üzrə üçtərəfli danışıqlar noyabrın 4-dən sonra keçiriləcək

10:07
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna probleminin həlli üzrə üçtərəfli danışıqların yeni raundu noyabrın 4-dən sonra baş tutacaq. Oxuməni. az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, təmasların dəqiq tarixi yaxın vaxtlarda müəyyən ediləcək.

"Aydındır ki, bu, noyabrın 4-dən sonra olacaq", - deyə o əlavə edib.

Uşakov qeyd edib ki, konkret tarixlər vəziyyətdən, o cümlədən təmas xəttindəki vəziyyətdən asılı olacaq.

Daha əvvəl Kremlin verdiyi məlumata görə, danışıqlar noyabrın ortalarında Abu-Dabidə keçirilə bilər.

Uşakovun sözlərinə görə, Rusiya nümayəndə heyətinin tərkibi də hələ müəyyən edilir, danışıqçılar qrupunun əsas heyəti var, bu məsələ yaxın vaxtlarda həll olunacaq.

Prezidentin köməkçisi həmçinin bildirib ki, Avropa tərəfindən danışıqçılar qismində Norveç baş naziri Yonas Qahr Støre və Finlandiya prezidenti Aleksandr Stubbın namizədlikləri barədə hələlik söhbət getmir, çünki Rusiya, Ukrayna və ABŞ-ın iştirakı ilə üçtərəfli danışıqların bərpa olunması barədə razılıq var.

Üçtərəfli danışıqlar formatının mümkün bərpası barədə Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla Sankt-Peterburqda keçirilən görüşündə məlum olub. Həmin görüşdə Rusiya lideri Moskvada belə bir formata qayıtmağa hazır olduğunu təsdiqləyib.

Almaz Həsənli