Nikolay Bordyuja Ermənistanın KTMT-dən xaric edilməsini təklif edib

Nikolay Bordyuja Ermənistanın KTMT-dən xaric edilməsini təklif edib

13:28
Bəyəndim (1) Bəyənmədim (0)

KTMT-nin sabiq baş katibi Nikolay Bordyuja Ermənistanın təşkilatın işində iştirak etmədiyi, lakin eyni zamanda qərarların razılaşdırılmasını tələb etdiyi üçün KTMT-dən xaric edilməli olduğunu bildirib. Oxuməni. az xəbər verir ki, o, bu barədə "RİA Novosti" agentliyinə verdiyi müsahibədə deyib.

O, vurğulayıb ki, üzvlük haqlarının ödənilməməsi və KTMT-nin işinə məhəl qoyulmaması səbəbindən İrəvan blokdan özü çıxmalı, ya da respublika xaric edilməlidir.

"Əgər onlar iştirakı dayandırırlarsa, lakin çıxmırlarsa, onlar KTMT-nin tamhüquqlu üzvləri olaraq qalırlar. Əgər onlar KTMT-nin tamhüquqlu üzvləridirlərsə, deməli bütün qərarlar - və KTMT-də qərarlar konsensusla qəbul edilir - onların mövqeləri nəzərə alınmaqla qəbul edilməlidir. Bu mövqe isə bu gün artıq, mahiyyət etibarilə, KTMT-də edilənlərə ziddir" - Nikolay Bordyuja vurğulayıb.

Qeyd edək ki, daha əvvəl KTMT-nin baş katibi Tələtbek Məsədıkov bəyan etmişdi ki, Ermənistanın strukturdakı üzvlüyü barədə qərar 11 noyabr 2026-cı ildə Moskvada keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasında qəbul oluna bilər, çünki respublika təşkilatın Nizamnaməsinin 20-ci və 25-ci maddələrini pozur.

Almaz Həsənli