ABŞ İsrailə növbəti dəfə "Patriot" hava hücumundan müdafiə sistemi yerləşdirib
Pentaqon İsrailə növbəti dəfə "Patriot" hava hücumundan müdafiə sistemi yerləşdirib.
Oxuməni.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.
Mənbələrə görə, ABŞ ordusu yəhudi dövlətinin raketdən müdafiə sistemini gücləndirmək üçün Texasdan "Patriot" hava hücumundan müdafiə sistemi göndərib. Nəşr həmçinin bildirir ki, gələn ay Yaxın Şərqdəki təxminən 20 ABŞ hərbi gəmisinə əlavə olaraq bölgəyə daha bir aviadaşıyıcı qrup gələcək. Bu addımlar ABŞ prezidenti Donald Trampa İslam Respublikasına qarşı yenidən hərbi əməliyyat başlayacağı təqdirdə müxtəlif seçimlər təqdim etmək məqsədi daşıyır.
ABŞ və İsrail 28 fevralda İranla müharibəyə başlayıblar. İyun ayında Vaşinqton və Tehran Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən anlaşma memorandumu imzalayıblar. Lakin 8 iyul gecəsi ABŞ Hörmüz boğazı ilə bağlı əldə edilən razılaşmaların şərtlərini pozmaqda ittiham edərək İrana qarşı genişmiqyaslı hücumları bərpa edib. Qlobal neft ticarətinin təxminən 25%-i və mayeləşdirilmiş təbii qazın təxminən 20%-i boğazdan nəql olunur. Daha sonra ABŞ administrasiyası İrana qarşı genişmiqyaslı hərbi qüvvələrin istifadəsinə son qoyduğunu və sanksiyalar vasitəsilə onu iqtisadi cəhətdən boğmaq cəhdlərinə keçdiyini faktiki olaraq bildirib.
Əziz MUSTAFA













.jpg)













.jpg)

















.jpg)
.jpg)






.jpg)












.jpg)

















