Serb telekanalı Vuçiçin hakimiyyəti dövründə “bir çox məsələyə göz yumduğuna” görə tamaşaçılardan üzr istəyib
Voyevodina Radio və Televiziya Şirkəti (RTV) canlı yayımda “bir çox məsələyə göz yumduğuna” görə tamaşaçılardan üzr istəyib. Oxuməni. az xəbər verir ki, bu barədə Serbiyanın n1info.rs və 021.rs nəşrləri yazıb.
Xəbər buraxılışında Serbiya sakinlərinin seçkilərdən sonra təşkil etdikləri bayram tədbirindən görüntülər nümayiş etdirilib. Daha sonra aparıcı Qoran Eror izah edib ki, göstərilən kadrlar RTV-nin ötən gecə tamaşaçılara nümayiş etdirmədiyi görüntülərin yalnız bir hissəsidir.
Aparıcı belə bir mətn səsləndirib: “İctimai yayımçı uzun illər ərzində öz funksiyasını yerinə yetirməyib. Problemlər ört-basdır edilib, bir çox məsələyə göz yumulub, məlumat birtərəfli təqdim olunub, hadisələrin işıqlandırılması tənqidi xarakter daşımayıb, lazımi suallar verilməyib və ya ümumiyyətlə sual verilməyib. Buna görə də tamaşaçılardan üzr istəməliyik”.
O əlavə edib ki, bəzi əməkdaşlar jurnalist və redaktorların sərbəst işləyə bilməsi üçün mübarizə aparıblar, lakin “vaxtında qələbə qazana bilməyiblər”. “Lakin biz hesab edirik ki, bu mübarizəni davam etdirmək vacibdir”, — deyə aparıcı bildirib.
Bununla əlaqədar RTV-nin Birinci Televiziya Proqramının baş redaktoru vəzifəsini icra edən Nenad Çaçiç istefa verib.
Oktyabrın 25-də Serbiyada parlamentə növbədənkənar seçkilər keçirilib. Seçkilərdə ölkənin keçmiş prezidenti Aleksandr Vuçiç də iştirak edib. O, bundan bir ay əvvəl istefa vermişdi, lakin qələbə qazanacağı təqdirdə baş nazir vəzifəsini tutmağa ümid edirdi. Seçkilərin nəticələrinə görə, onun partiyası 2024-cü ildə başlayan etiraz aksiyalarından sonra formalaşan “Tələbə siyahısı” hərəkatına məğlub olub.
Oxşar hadisə Macarıstanda da baş verib. Orada 2026-cı ilin yazında hökumət dəyişib və 16 il hakimiyyətdə olmuş Viktor Orban istefa verib. Bundan sonra yeni hökumət ictimai radio və televiziya şirkəti MTVA-nın yenidən təşkil olunacağını elan edib. M1 telekanalı isə yalan məlumat yaydığına və “bütün bu illər ərzində bunu etdiyinə” görə tamaşaçılardan üzr istəyib.
Almaz Həsənli

















.jpg)











.jpg)
.jpg)






.jpg)












.jpg)

































