Almaniya xüsusi təyinatlı qüvvələri Rusiya ilə mümkün münaqişə üçün təlimlərə başlayıb

Almaniya xüsusi təyinatlı qüvvələri Rusiya ilə mümkün münaqişə üçün təlimlərə başlayıb

12:19
Bəyəndim (1) Bəyənmədim (0)

Almaniya Bundesver daxilində Rusiya ilə mümkün hərbi münaqişə üçün xüsusi təyinatlı qüvvələr hazırlayır. Oxuməni.az xəbər verir ki, bu barədə "Bild" briqada komandiri Andreas Kühneyə istinadən məlumat yayıb.

"Biz konkret bir düşmənə - Rusiyaya diqqət yetiririk", - deyə o, qəzetə bildirib. Kühnenin sözlərinə görə, xüsusi təyinatlı qüvvələr uzunmüddətli əməliyyatlara hazırlanır. Təlimə tanklara, artilleriyaya, dronlara və elektron müharibə sistemlərinə qarşı mübarizə, eləcə də həddindən artıq soyuqda əməliyyatlar daxildir.

Bölmənin təxminən 1500 şəxsi heyəti olduğu bildirilir. Lakin bunların yalnız üçdə biri xüsusi təyinatlı qüvvələrdir; qalanları inzibati heyətdir. Kühnenin sözlərinə görə, heyət səviyyəsi 70-80% təşkil edir.

Qəzet qeyd edib ki, bölmə əvvəllər bir neçə qalmaqalda, o cümlədən sağçı ekstremistlərlə bağlı hadisələrdə, nasist salamlarında, sursatın yoxa çıxmasında və əsgərə məxsus silah və partlayıcı maddələrin anbarının aşkarlanmasında iştirak edib.

Əziz MUSTAFA