Pentaqonun yeni məxfi sənədlərində UNO qəzası və yadplanetlilərin qalıqları barədə hesabat aşkarlanıb
Pentaqon tərəfindən açıqlanan məxfi sənədlərin yeni, yeddinci toplusunda ABŞ-ın Rozuell hərbi bazasının keçmiş zabiti Uolter Hautun ehtimal olunan kosmik gəmi və tapılmış yadplanetli cəsədləri barədə danışdığı ifadələr aşkar edilib. Oxuməni. az xəbər verir ki, bu barədə “NewsNation” məlumat yayıb.
Yeni sənədlər oktyabrın 23-də yayımlanıb. Onların arasında Hautun 2002-ci ildə and içərək verdiyi ifadələr də var. Zabit bildirib ki, 1947-ci ildə ictimaiyyətlə əlaqələr üzrə zabit vəzifəsində çalışarkən Rozueldən (Nyu-Meksiko ştatı) uzaq olmayan ərazidə hökumətin uçan disk aşkarladığını bildirən hesabat yayıb. Həmin vaxt hərbçilər hadisənin meteoroloji şarın qəzaya uğraması ilə bağlı olduğu versiyasını irəli sürüblər.
Lakin Haut sonralar, 2002-ci ildə bildirib ki, əslində Rozuell bazasındakı anqarda brezentlə örtülmüş, yumurta formasında metal obyekt görüb. Onun yanında isə başları bədənlərinə nisbətən qeyri-mütənasib dərəcədə böyük olan iki kiçik ölçülü cəsəd olub. Hautun sözlərinə görə, o, UNO-nu yalnız “qısa müddətə” görüb, lakin bunun yadplanetli mənşəli obyekt və onun ekipajı olduğuna əmindir.
Məqalədə qeyd olunur ki, Hautun hesabatı redaktə edilib. O, 2005-ci ildə vəfat edib.
ABŞ hakimiyyəti may ayından etibarən naməlum uçan obyektlərlə bağlı sənədləri yayımlayır. Sənədlərdə bu obyektlər “naməlum anomal hadisələr” kimi qeyd olunur.
Almaz Həsənli















.jpg)










.jpg)
.jpg)






.jpg)












.jpg)




































