ABŞ Hərbi Hava Qüvvələri AGM-183A hipersəs raketlərinin istehsalı üçün Lockheed Martin şirkəti ilə müqavilə imzalayıb
ABŞ Hərbi Hava Qüvvələri Lockheed Martin şirkətinə AGM-183A Havadan Atılan Sürətli Cavab Silahı (ARRW) hipersəs havadan atılan raketinin seriyalı istehsalı və istifadəyə verilməsi üçün 694 milyon dollarlıq müqavilə imzalayıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Blomberq-in yaydığı məlumatda deyilir. Havadan atılan AGM-183A ARRW hipersəs raketinin hazırlanması ABŞ hipersəs silahlarının hazırlanmasında əsas proqramdır.
Hərbiçilər bildiriblər ki, ARRW ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələrini uzaq məsafələrdən hədəfləri vura bilən yüksək sürətli zərbə silahları ilə təchiz edəcək. Bu, həmçinin bombardmançı təyyarələrin düşmən raket əleyhinə sistemlərinin əlçatmazlığında qalmasına imkan verəcək.
"ARRW-nin tətbiqi dünyanın istənilən yerindəki hədəfləri vurmaq qabiliyyətimizi genişləndirir", - deyə Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi general Ken Uilsbax qeyd edib. "Bu hipersəs silah Birgə Qüvvələrə yüksək intensivlikli düşmən mühitində tez reaksiya vermək üçün çevik bir vasitə təqdim edir."
Dizayn məlumatlarına görə, AGM-183A hipersəs raketinin mənzili 1600 km-dir. AGM-183A hipersəs raketi 5 Mach sürətini aşır. Bu tip raketin əsasən hər biri dörd AGM-183A daşıya biləcək B-52H strateji bombardmançı təyyarələrində yerləşdirilməsi planlaşdırılır.
Məlumata görə, raketlərin istehsalına başlamaq barədə razılaşma 29 sentyabrda imzalanıb, lakin bu, yalnız indi elan edilib.
Əziz MUSTAFA













.jpg)







.jpg)
.jpg)






.jpg)












.jpg)






























.jpg)










