Tramp Norveçi  Nobel Sülh Mükafatını almadığı üçün “bərbad ölkə” adlandırıb

Tramp Norveçi  Nobel Sülh Mükafatını almadığı üçün “bərbad ölkə” adlandırıb

15:51
Bəyəndim (1) Bəyənmədim (0)

Donald Tramp Norveçin “bərbad ölkəyə” çevrildiyini və ABŞ-ın bu ölkədən gələn miqrantları “qəbul etməyəcəyini” bildirib. Oxumən.i az-ın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, Tramp bu fikirləri Miçiqan ştatının Port-Huron şəhərində seçkiqabağı çıxışı zamanı səsləndirib.

“Norveçdən o qədər də məmnun deyiləm. Düzünü desəm, Norveç bərbad ölkədir. Norveç, ümumiyyətlə, bərbad bir ölkəyə çevrilib”, — deyə Tramp bildirib.

Reuters qeyd edir ki, Tramp əvvəllər də Haiti, Liviya, Somali və Yəmən haqqında danışarkən “shithouse country” ifadəsindən istifadə edib.

Fransadakı iğtişaşları şərh edən Tramp onları miqrasiya ilə əlaqələndirib. O bildirib ki, ABŞ bəzi ölkələrdən olan miqrantları məmnuniyyətlə qəbul edə bilər, lakin Norveçdən gələnləri qəbul etmək istəmir.

Trampın sözlərinə görə, ABŞ Danimarka ilə əməkdaşlıq edir və bu ölkəni “yaxşı, xoş ölkə” hesab edir.

“Danimarkadan olanları qəbul edərik. İsveç, Norveç... Düşünmürəm. Çünki Nobel mükafatını almadım, halbuki buna son qoymuşdum. Buna görə də Norveçdən heç kimi istəmirəm”, — deyə Tramp bildirib.

Bununla belə, Reuters yazır ki, Tramp administrasiyasının Norveçdən olan miqrantlarla bağlı yeni siyasət tətbiq etmək niyyətində olduğunu göstərən heç bir əlamət yoxdur.

2025-ci ildə, Trampın prezidentliyinin ilk ilində Nobel Sülh Mükafatı Venesuela müxalifətinin lideri Mariya Korina Maçadoya verilib. Bundan əvvəl öz namizədliyinin mükafat üçün irəli sürülməsinə fəal şəkildə çalışan Tramp Nobel Komitəsini tənqid etmiş və Maçadonun ünvanına şübhəli fikirlər səsləndirmişdi. Nəticədə Mariya Korina Maçado Nobel Sülh Mükafatının medalını Trampa təqdim edib.

2026-cı ildə də Sülh Mükafatı Trampa verilməyib. Mükafat Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş hakimi Navanethem Pillaya təqdim olunub.

Almaz Həsənli