Pentaqon ABŞ-ın hərbi bazalarını xarici dəstək olmadan ən azı 90 gün fəaliyyət göstərməyə hazırlayır

Pentaqon ABŞ-ın hərbi bazalarını xarici dəstək olmadan ən azı 90 gün fəaliyyət göstərməyə hazırlayır

15:19
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Müdafiə Nazirliyi ölkənin hərbi bazalarını xarici dəstək olmadan ən azı 90 gün fəaliyyət göstərə biləcək şəkildə modernləşdirir. Oxuməni.az xəbər verir ki, “Fox News Digital” Pentaqonun sənədləri ilə tanış olduqdan sonra bu barədə məlumat yayıb.

Hərbi bazalara dair bu tələb ABŞ qoşunlarının asılı olduqları mülki sistemlərin fəaliyyətində nasazlıqlar yarandığı halda belə döyüş əməliyyatlarını davam etdirmək qabiliyyətini təmin etməyi hədəfləyən FORTRESS hərbi təşəbbüsünün bir hissəsidir.

“Milli müdafiəni təmin etmək üçün standart mülki bələdiyyə infrastrukturundan asılı olmaq istəmirik. Bu, qəbuledilməz riskdir”, — deyə Pentaqonun rəsmi nümayəndəsi Şon Parnell “Fox News Digital”a müsahibəsində bildirib.

Hərbi qurum böhran vəziyyətində mülki müəssisələrin müdafiə məhsulları istehsalına yönəldilməsi üçün də zəmin yaradır. Bundan əlavə, silahların, yanacağın və digər zəruri materialların fasiləsiz tədarükünü təmin etmək məqsədilə alternativ təchizat zəncirləri və strateji ehtiyatlar hazırlanır.

“Bu gün elektrik enerjisi döyüş əməliyyatlarının ayrılmaz hissəsidir. Elektrik enerjisi olmadıqda rabitədən, su təchizatından, logistika imkanlarından, istehsal xətlərindən və hətta hərbi idarəetmənin əsas strukturlarından məhrum olursunuz”, — deyə Parnell izah edib.

Bu dəyişikliklər Pentaqonun ABŞ ərazisini birbaşa təhdid edən münaqişələrə hazırlıq yanaşmasının dəyişdiyini göstərir. Belə münaqişələr ölkə daxilində hərbi əməliyyatları təmin edən infrastrukturun fəaliyyətinin pozulmasına da səbəb ola bilər.

“Ölkə ərazisinin müdafiəsi ilə bağlı təsəvvürlərimizin əhəmiyyətli hissəsi iki okeanın bizi qoruya biləcəyi barədə köhnəlmiş fərziyyəyə əsaslanırdı. Prezident Tramp artıq belə bir dünyanın mövcud olmadığını anlayır və yeni yanaşmanın əsasını qoyub”, — deyə Parnell bildirib.

Almaz Həsənli