Məkkə paktına daxil olan ölkələr İranla Tehranda danışıqlar aparacaqlar
Məkkə paktına daxil olan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək vəzifəli nümayəndələri bazar ertəsi Tehranda iranlı həmkarları ilə görüşəcəklər. Görüşün məqsədi Səudiyyə Ərəbistanına hücumların artdığı bir vaxtda regional təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətləri əlaqələndirməkdir.
Oxuməni. az xəbər verir ki, Reuters agentliyi vəziyyətlə tanış olan mənbələrə istinadən bazar ertəsi bu barədə məlumat yayıb.
Məlumata görə, görüşdə Səudiyyə Ərəbistanının müdafiə naziri, şahzadə Xalid bin Salman, Pakistan ordusunun Baş Qərargah rəisi, feldmarşal Asim Munir, eləcə də Türkiyənin kəşfiyyat xidmətinin rəhbəri iştirak edəcəklər.
Bu görüş İranla Məkkə paktının hər üç iştirakçısı arasında Yəməndə fəaliyyət göstərən və İranla əlaqələndirilən husilərin Səudiyyə Ərəbistanına hücumlarının intensivləşməsindən sonra yüksək səviyyədə keçirilən ilk təmas olacaq.
Qeyd edək ki, avqust ayında Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Məkkə Birgə Müdafiə Sazişini imzalayıblar. Sazişə əsasən, iştirakçı ölkələrdən hər hansı birinə silahlı hücum bütün alyans üzvlərinə qarşı təcavüz kimi qiymətləndirilir.
Ötən həftə Türkiyə parlamenti sazişin ratifikasiyası proseduruna başlayıb. Pakistan isə sənədi daha əvvəl rəsmi şəkildə təsdiqləyib.
Almaz Həsənli














.jpg)











.jpg)
.jpg)






.jpg)












.jpg)




































