Trampın bəzi məsləhətçiləri Netanyahunun seçki məğlubiyyətini ABŞ üçün sərfəli hesab edirlər
ABŞ prezidenti Donald Trampın bəzi məsləhətçiləri İsrailin baş naziri Benyamin Netanyahunun qarşıdan gələn parlament seçkilərindəki məğlubiyyətinin ABŞ-ın xeyrinə ola biləcəyinə inanırlar. Onlar hesab edirlər ki, Vaşinqtonun fərqli bir İsrail hökuməti altında Yaxın Şərqdəki maraqları üçün lobbiçilik etməsi daha asan olardı.
Oxuməni.az xəbər verir ki, bu barədə Axios məlumatlı mənbələrə istinadən məlumat yayıb.
İrandakı müharibə bəzi Ağ Ev rəsmilərinin İsrail baş nazirinə qarşı məyusluğuna səbəb olub. Axios mənbələri aydınlaşdırır ki, bu, əsasən Netanyahunun hərbi əməliyyatlar başlamazdan əvvəl vəziyyətə dair qeyri-dəqiq qiymətləndirmələrindən irəli gəlir. Təl-Əvivin hərəkətlərindən narazı olanlar arasında bu yaxınlarda İsrail baş nazirini nə tənqid etdiyini, nə də dəstəklədiyini bildirən ABŞ vitse-prezidenti J.D. Vance da var.
ABŞ prezidenti Donald Tramp seçkilər ərəfəsində Netanyahunu açıq şəkildə dəstəkləyib. Axios mənbələrinə görə, Vaşinqton və cənab Tramp seçkilərin nəticəsindən asılı olmayaraq qalib mövqedə qalacaqlar. Onlar hesab edirlər ki, müxalifət qalib gəlsə belə, İsrail ABŞ ilə yaxşı münasibətləri qorumaqda maraqlı olacaq.
Knesset (parlament) seçkiləri 27 oktyabra təyin edilib. İsrailin üç ən böyük televiziya kanalı tərəfindən aparılan rəy sorğularına görə, hakim koalisiya 120 yerdən 50-ni qazanıb. Hökumət qurmaq üçün ən azı 61 yerə ehtiyac var.
Əziz MUSTAFA






































































.jpg)













