Luvr, Pikasso və Orse muzeyləri etiraz aksiyaları səbəbindən şənbə günü bağlanacaq
Parisin bir neçə məşhur muzeyi bu gün keçirilməsi planlaşdırılan genişmiqyaslı etiraz aksiyaları ilə əlaqədar fəaliyyət göstərməyəcək. Oxuməni.az xəbər verir ki, bu barədə BFM TV Fransa Mədəniyyət Nazirliyinə istinadən məlumat yayıb.
“Bu şənbə Parisdə planlaşdırılan etiraz aksiyaları ilə əlaqədar hökumət bildirib ki, Luvr, Orse və Pikasso muzeyləri bağlı qalacaq”, — deyə telekanal xəbər verib.
Bundan əlavə, Fransa Mədəniyyət Nazirliyi ölkənin bir çox regionunda keçirilməsi nəzərdə tutulan etiraz aksiyaları ərəfəsində tabeliyində olan bütün müəssisələrə eksponatların və onları ziyarət edən insanların təhlükəsizliyini gücləndirməyi tövsiyə edib.
Bundan əvvəl Fransanın aparıcı həmkarlar ittifaqlarından biri olan CGT-nin rəhbəri Sofi Bine ümummilli tətillərin noyabrın 5-dən bərpa olunacağını açıqlamışdı.
Almaz Həsənli




























































.jpg)























