Rusiya Sumiyə PUA-lar ilə zərbə endirib, dağıntılar və yaralananlar var
Rusiya işğal ordusu 23 oktyabr gecəsi Sumiyə PUA-lar ilə kütləvi hücuma başlayıb.
Oxuməni.az xəbər verir ki, Sumi Xüsusi Əməliyyatlar İdarəsinin rəisi Oleq Qriqorovun sözlərinə görə, hücumda ən azı iki nəfər yaralanıb və mülki infrastruktura ziyan dəyib.
"Təəssüf ki, düşmən dronlarının bəziləri hədəflərinə çatıb", - deyə o, açıqlamasında bildirib.
Onun sözlərinə görə, şəhərin üç fərqli yerindəki mülki infrastruktur ruslar tərəfindən hədəfə alınıb. Zərər Kovpakovski rayonunun yaşayış məntəqəsində də qeydə alınıb.
Xatırladaq ki, 16 oktyabrda Rusiya pilotsuz təyyarəsi Suminin mərkəzindəki ticarət mərkəzinə hücum etmişdi.
Rus pilotsuz təyyarəsi Suminin çoxmənzilli binasına zərbə endirmişdi.
Əziz MUSTAFA
Digər xəbərlər
































.jpg)














.jpg)




































