Cared Kuşner Ukrayna üzrə sülh danışıqlarında "ümidverici irəliləyiş" əldə olunduğunu bildirib

Cared Kuşner Ukrayna üzrə sülh danışıqlarında "ümidverici irəliləyiş" əldə olunduğunu bildirib

11:00
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Prezidenti Trampın xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner Ukrayna üzrə danışıqlarda "ümidverici irəliləyiş" əldə olunduğunu bəyan edib.

Oxuməni. az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Kuşnerin sözlərinə görə, son günlər danışıqlarda ümidverici irəliləyişə nail olmaq mümkün olub.

"Stiv Uitkof və mən Donald Trampın liderliyinə, həmçinin Ukrayna, Avropa və Rusiya həmkarlarımıza konstruktiv qarşılıqlı fəaliyyətə görə minnətdarıq. Qarşıda hələ çox çətin iş var, lakin bizim bu müharibənin hüdudlarından kənara çıxmaq və gələcək nəsillər üçün uzunmüddətli sülh, təhlükəsizlik və rifah təməlini qurmaq üçün real imkanımız var", — deyə o qeyd edib.

Xatırladaq ki, oktyabrın 20-də Osloda Ukrayna, Avropa və ABŞ nümayəndələrinin danışıqları keçirilib.

Oktyabrın 21-də ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkof Sankt-Peterburqda Putinlə danışıqlar aparıb.

Uitkof Sankt-Peterburqda Putinlə görüşdən sonra Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqların keçiriləcəyini elan edib.

Rusiya lideri Putinin özü də bildirib ki, Rusiya Ukraynada sülh üzrə üçtərəfli danışıqları noyabrın 10-u tarixlərində bərpa etməyə hazırdır.

Bundan əlavə, Putinin köməkçisi Yuri Uşakov Ukraynadakı müharibənin sona yaxınlaşdığını bəyan edib.

Almaz Həsənli