Fransa Silahlı Qüvvələrinin təqaüddə olan polkovniki AB və NATO-dan çıxmaqla bağlı referendum təklif edib
Fransanın Avropa Birliyindən və NATO-dan çıxması ilə bağlı referendum keçirmək milli suverenliyi bərpa etməyin və cəmiyyəti birləşdirməyin yeganə yoludur.
Oxuməni.az xəbər verir ki, bunui TASS-a açıqlamasında təqaüddə olan Fransa Silahlı Qüvvələrinin polkovniki və Fransa Xarici Legion veteranı Jak Hoqar deyib.
"Fransanın Avropa Birliyindən və NATO-dan çıxması ilə bağlı referendum da daxil olmaqla, azad seçkilərin təşkili vacibdir - bu, Fransanın suverenliyini və müstəqilliyini bərpa etməsinin yeganə yoludur. Mənim fikrimcə, belə bir referendum Fransa xalqının böyük əksəriyyətini birləşdirməyin və bununla da bu cəsarətli təşəbbüsü irəli sürəcək yeni hökuməti legitimləşdirməyin yeganə yolu olardı", - deyə ekspert bildirib.
Fransa Avropa Birliklərinin (indiki AB) qurucu üzvlərindən biridir və 1949-cu ildə alyansın yaranmasından bəri NATO-nun üzvüdür. 1966-cı ildə Prezident Şarl de Qoll ölkəni Şimali Atlantika Alyansının hərbi strukturundan çıxardı, lakin 2009-cu ildə Prezident Nikola Sarkozinin rəhbərliyi altında Paris blokun vahid hərbi komandanlığına tam şəkildə qayıtdı.
Əziz MUSTAFA
















.jpg)










.jpg)
























































