Ukrayna Rusiya Federasiyasının 12 bölgəsinə və işğal edilmiş Krıma yüzlərlə dronla hücum edib

Ukrayna Rusiya Federasiyasının 12 bölgəsinə və işğal edilmiş Krıma yüzlərlə dronla hücum edib

14:10
Bəyəndim (1) Bəyənmədim (0)

Bu gecə Ukrayna Rusiya Federasiyasının 12 bölgəsinə və işğal edilmiş Krıma yüzlərlə dronla hücum edib. Nəticədə Rusiya ərazilərində və işğal altında olan Krımda güclü partlayışlar eşidilib, yanğınlar başlayıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, onların hava hücumundan müdafiə qüvvələri 20 oktyabr Moskva vaxtı ilə saat 20:00-dan 21 oktyabr Moskva vaxtı ilə saat 8:00-dək yeni hava hücumunu dəf edib.

Rusiya Müdafiə Nazirliyi ənənəvi olaraq Ukrayna Müdafiə Qüvvələri tərəfindən istifadə edilən dronların dəqiq sayını açıqlamır. Lakin açıqlamada yüzlərlə PUA-nın - ehtimal ki, 400-dən çox PUA-nın iştirak etdiyi açıq şəkildə göstərilir.

Bu dəfə Ukrayna dronları aşağıdakı ərazilərə zərbələr endirib:

Novqorod vilayəti;
Tver vilayəti;
Bryansk vilayəti;
Belqorod vilayəti;
Kursk vilayəti;
Smolensk vilayəti;
Kaluga vilayəti;
Oryol vilayəti;
Tula vilayəti;
Ryazan vilayəti;
Moskva vilayəti;
Krasnodar diyarı;

İşğal olunmuş Krım

Qara dəniz.
Rusiya Müdafiə Nazirliyi iddia edir ki, onun hava hücumundan müdafiə qüvvələri ümumilikdə 373 Ukrayna stasionar qanadlı PUA-sını ələ keçirib və məhv edib.

Əziz MUSTAFA