Dronlar işğal olunmuş Luqanskda keçmiş Ukrtelekom binasına zərbələr endiriblər
21 oktyabr çərşənbə axşamı gecəsi işğal olunmuş Luqanskda keçmiş Ukrtelekom binasına dronlar hücum edib. Bu binada hazırda işğalçıların nəzarətində olan operator Lugacom və sözdə Telekommunikasiya Xidmətləri Mərkəzi yerləşir.
Oxuməni.az xəbər verir ki, bu barədə Rusiyanın Astra nəşrinin yaydığı məlumatda deyilir.
Nəşrin məlumatına görə, hücumdan sonra şəhərdə partlayışlar barədə yerli söhbətlərdə məlumatlar görünməyə başlayıb. İşğal administrasiyasının nümayəndələri hücumla bağlı şərh verməyiblər.
Eksilenavo+ Telegram monitorinq kanalına görə, Lugacom Luqansk bölgəsinin işğal olunmuş ərazisində mobil telefon xidmətləri, internetə çıxış və məlumat ötürülməsi təmin edir.
Əziz MUSTAFA
Digər xəbərlər




















































































