Rusiya Suriyaya səkkiz ay ərzində alkoholsuz pivə ixracını 16 dəfə artırıb
2026-cı ilin səkkiz ayı ərzində Rusiya Suriyaya 200 milyon dollar-dan çox dəyərdə 300 min tondan artıq alkoholsuz pivə tədarük edib. Oxuməni.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Ekspertlərin qiymətləndirmələrinə görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə tədarük həcmi və dəyəri baxımından təxminən 16 dəfə çoxdur.
Rusiya bu məhsulların Suriya bazarına tədarükünə 2025-ci ildə başlayıb. Ötən ilin ərzində Rusiya Suriyaya 50 milyon dollarlıq 80 min ton belə pivə tədarük etmişdi. Həmçinin cari ildə Rusiya Suriyaya günəbaxan yağı, buğda, şirin qazlı içkilər və digər aqrar-sənaye kompleksinin məhsullarını ixrac edib.
Almaz Həsənli
Digər xəbərlər


































































.jpg)

















