Reper Navai İstintaq Təcridxanasından azad edilib və Qazaxıstandan çıxarılıb

Reper Navai İstintaq Təcridxanasından azad edilib və Qazaxıstandan çıxarılıb

15:52
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya reperi və azərbaycanəsilli müğənni Navai (əsl adı — Navayi Bəhmən oğlu Bəkirov) Qazaxıstanda İstintaq Təcridxanasından buraxılıb. Reperin figurant olduğu narkotiklərin qaçaqmalçılığı ilə bağlı cinayət işi onun "fəal peşmançılığı" nəzərə alınmaqla xitam edilib. Oxuməni.az xəbər verir ki, bu barədə TASS-a Qazaxıstan polisindən məlumat verilib. İşə xitam verilməsi barədə qərar artıq prokurorluq tərəfindən təsdiq edilib.

Bəkirov oktyabrın 14-də Qazaxıstana daxil olarkən Qırğızıstan ilə sərhəddəki buraxılış məntəqəsində, avtomobilində narkotik vasitələr aşkarlandıqdan sonra saxlanılmışdı. "Baza" nəşri xəbər vermişdi ki, maşında 10 qram marixuana tapılıb, digər mənbələrdə isə 2,5 qram narkotikdən bəhs olunurdu. Nəşrin məlumatına görə, dindirilmə zamanı raper narkotiki Bişkəkdən aldığını etiraf edib.

Bəkirov Qazaxıstana oktyabrın 14-də Astanada konsert vermək üçün gedirdi.

Oktyabrın 15-də Qorday Rayon Məhkəməsi Bəkirovun iki ay müddətinə həbs edilməsi barədə qərar çıxarmışdı.

Qeyd edək ki, Navai Bəkirov 1993-cü ildə Samarada anadan olub və milliyyətcə azərbaycanlıdır. O, ilk növbədə "qalyan-rep" janrında mahnılar oxuyan və 2016–2025-ci illərdə fəaliyyət göstərən "HammAli & Navai" duetinin üzvü kimi tanınır. Duet dağıldıqdan sonra Bəkirov solo karyerasına başlayıb.

Almaz Həsənli