Keniyada məhkəmə sektant liderini 190 uşağın qətlində təqsirli bilib
Keniyada məhkəmə xristian təbliğatçısı Pol Makkenzi və onun 28 şəriikini 190 uşaq və bir böyüyün qətlində təqsirli bilib. Bu barədə qərar bazar ertəsi, oktyabrın 19-da Mombasa şəhər məhkəməsi tərəfindən çıxarılıb. İş üzrə hökmün noyabrın 6-da elan ediləcəyi gözlənilir. Oxuməni az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
2003-cü ildə Makkenzi "Beynəlxalq Xoş Xəbər Kilsəsi"ni təsis edib. O, ardıcıllarını "İsa ilə görüşmək" üçün aclıqdan ölməyə təşviq edirdi. Sektanın mərkəzi Hind okeanı sahilindəki Malindi kurortu yaxınlığında, Şakahola meşəsində yerləşən təbliğatçıya məxsus nəhəng bir ərazi olub.
Makkenzi orada ardıcılları üçün "strukturlaşdırılmış ölüm iyerarxiyası" elan edərək ekstremal aclıq sistemi təşkil edib: əvvəlcə uşaqlar, sonra yeniyetmələr, qadınlar və yalnız sonda kişilər ölməli idi. Bəzi hallarda uşaqlar valideynlərinin gözü qarşısında yeməkdən məhrum edilirdilər.
Təbliğatçı 2023-cü ilin aprelində hüquq müdafiəçilərinin şikayətlərindən sonra həbs edilib. Keniya mediası bu işi "Şakahola meşəsi qırğını" adlandırıb. Sektanın bəzi üzvlərini xilas etmək mümkün olsa da, meşədə çoxsaylı kütləvi məzarlıqlar aşkar edilib. Meyitlərin yarılması nəticəsində məlum olub ki, uşaqlar əsasən aclıqdan, həmçinin "asfiksiya (boğulma), boynun sıxılması və kəllə-beyin travmaları" nəticəsində ölüblər.
Sektanın qurbanlarının ümumi sayının 400 nəfərdən çox ola biləcəyi ehtimal edilir.
Almaz Həsənli





















































.jpg)








.jpg)





















