Zorakılıq hadisələri ilə əlaqədar polis 10 şübhəlini saxlayıb
İordan çayının qərb sahilində amerikalı fotojurnalistə və avropalı diplomatlara qarşı baş vermiş zorakılıq hadisələri ilə əlaqədar İsrail polisi oktyabrın 19-da 10 şübhəlini saxlayıb. Əməliyyat bölgədə fələstinli fermerlərin zeytun yığımı zamanı baş verən hücumlara görə ABŞ və Avropa ölkələrinin İsrailə təzyiqlərinin artdığı bir vaxtda keçirilib.
Hadisələr jurnalistlərin təhlükəsizliyi, diplomatik nümayəndələrin müdafiəsi və İordan çayının qərb sahilində artan zorakılıqla bağlı beynəlxalq müzakirələri yenidən gündəmə gətirib.
"Reuters" amerikalı fotojurnalistin ağır xəsarətlər aldığını bildirir.
Xatırladaq ki, oktyabrın 16-da “The Washington Post” qəzetinin fotojurnalisti Heidi Levine İordan çayının qərb sahilindəki Əbu Fəlah kəndində fələstinli fermerlərin zeytun yığımını işıqlandırarkən hücuma məruz qalıb...
Şahmurad















































.jpg)








.jpg)



























