Finlandiya 2027-ci ilin martından vətəndaşlıq almaq istəyənlər üçün imtahan tətbiq edəcək
Finlandiya 2027-ci ilin martından vətəndaşlıq almaq üçün müraciət edən şəxslər üçün ölkənin dövlət quruluşunun əsaslarına dair bilik imtahanı tətbiq edəcək. Oxuməni. az xəbər verir ki, bu barədə Yle nəşri ölkənin Miqrasiya Xidmətinə (Migri) istinadən məlumat yayıb.
18–64 yaş arası müraciətçilər imtahanı fin və ya İsveç dilində verəcəklər. Vətəndaşlıq haqqında qanuna dəyişikliklər 2027-ci il yanvarın 1-də qüvvəyə minəcək, lakin martın əvvəlinədək iki aylıq keçid dövrü nəzərdə tutulub.
“Yeni tələb yalnız 2027-ci il martın 1-də və ya daha sonra Enter Finland onlayn xidməti vasitəsilə ərizə təqdim etdiyiniz və ya Finlandiya Miqrasiya Xidmətinin xidmət məntəqəsinə kağız ərizə ilə müraciət etdiyiniz halda sizə şamil olunacaq”, – deyə Migri-nin məlumatında bildirilir.
İmtahanın tətbiqi Finlandiya vətəndaşlığının alınması ilə bağlı tələblərin sərtləşdirilməsini nəzərdə tutan hökumət strategiyasının üç mərhələli planının sonuncu mərhələsidir. Əvvəlki dəyişikliklər, əsasən, ölkədə yaşamaq müddətinə və maliyyə müstəqilliyinə aid olub.
Migri imtahan üçün tədris materiallarını və sualları Helsinki Universiteti ilə birlikdə hazırlayır.
İsveç, Norveç və Danimarkada da vətəndaşlıq almaq istəyən şəxslər ölkənin dövlət quruluşunun əsaslarına dair bilik imtahanı verməlidirlər.
Almaz Həsənli




























.jpg)








.jpg)




























.jpg)

















