Fransa DİN rəhbəri kütləvi etirazlar fonunda istefa verib

Fransa DİN rəhbəri kütləvi etirazlar fonunda istefa verib

13:33
Bəyəndim (1) Bəyənmədim (0)

Fransanın daxili işlər naziri Loran Nunyes kütləvi etirazlar fonunda istefa verib, lakin prezident Emmanuel Makron onu qəbul etməyib. Oxuməni. az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Yelisey sarayının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Fransa prezidentinin mətbuat xidmətinin izahına görə, Makron Nunyesin "hüquq-mühafizə orqanlarının komandanlığının davamlılığını təmin etmək" üçün vəzifəsində qalmalı olduğunu bildirib. Fransa prezidenti, həmçinin DİN rəhbərindən talançılara qarşı mübarizə üçün yeni yanaşmaları mümkün qədər tez bir zamanda hazırlamağı xahiş edib.

Oktyabrın 18-i axşam saatlarında Makron xalqa müraciət edərək zorakılığı pisləyib. "Biz hamımız qəzəb və utanc hissi keçiririk", - deyən prezident əlavə edib ki, "dağıntı fikir bildirmə forması deyil". Bununla yanaşı, Fransa prezidenti vurğulayıb ki, "etirazçıların səsi eşidilməlidir".

Makron bəzi siyasətçilərin çağırışlarına baxmayaraq, ölkədə fövqəladə vəziyyət elan etməyib.

Bununla belə, Fransa prezidenti bildirib ki, prefektlər ictimai binaları və yerli müəssisələri qorumaq üçün zəruri olduğu təqdirdə etiraz aksiyalarını qadağan edə bilərlər.

Almaz Həsənli