Litvadan gedən vətəndaşların sayı ildən-ilə artır

Litvadan gedən vətəndaşların sayı ildən-ilə artır

11:02
Bəyəndim (0) Bəyənmədim (0)

Litvadan gedən vətəndaşların sayı ildən-ilə artır. LRT Radio stansiyası qeyd edib ki, bu, insanların ölkədən kənarda işləmək və yaşamaq istəyi ilə bağlıdır.
Artıq altıncı ildir ki, ölkədən kənarda işləmək və yaşamaq istəyi səbəbindən Litvadan gedən vətəndaşların sayı artmaqdadır. Oxuməni.az xəbər verir ki, bu barədə LRT mütəxəssisləri məlumat verib.
"Vaxt nə qədər çox keçsə, bu insanların Litvaya qayıtma ehtimalı bir o qədər azdır, çünki onlar öz dost dairələrini, ailələrini yaradırlar və əgər orada uşaqları varsa, yerli məktəblərə getməyə başlayırlar. Orada onların öz dostları, klubları və sair var", - deyə Luminor Bank-ın baş iqtisadçısı Žygimantas Mauricas Litva vətəndaşlarının xaricdə yaşamaq və işləmək istədiklərini vurğulayaraq bildirib.

Litva Dövlət Məlumat Agentliyinin şöbə mütəxəssisi Vaiva Randyte aydınlıq gətirib ki, Litvaya köçən insanların əsas istiqamətləri Birləşmiş Krallıq, Almaniya və Norveçdir.

Son Sovet illərində Litva əhalisi 3,5 milyon nəfər idi. O vaxtdan bəri bu rəqəm durmadan azalmaqdadır.

Əziz MUSTAFA