Yaponiyada ABŞ ilə Keen Sword birgə təlimləri başlayıb
Yaponiyada ABŞ ilə Keen Sword birgə təlimləri başlayıb, manevrlərdə 57.000-dən çox şəxsi heyət iştirak edir.
Yaponiya sahillərində geniş ərazilərdə və sularda 57.000-dən çox şəxsi heyətin iştirak etdiyi genişmiqyaslı ABŞ-Yaponiya birgə hərbi təlimləri "Keen Sword" başlayıb.
Oxuməni.az xəbər verir ki, Kyodo xəbər agentliyinin məlumatına görə, təlimlər 29 oktyabra qədər Tayvandan ölkənin ən şimalındakı Hokkaydo adasına qədər olan ərazidə keçirilir.
Təlimlərdə 45.000 yapon əsgəri və zabiti, təxminən 12.000 Amerika əsgəri, eləcə də 300-ə qədər təyyarə, hərbi gəmi və çox sayda quru nəqliyyat vasitəsi iştirak edir.
Təlimlərdə Yaponiyanın təxminən 1000 kilometr mənzilli yeni Type-25 quru əsaslı mobil raketlərinin ilk nümayişi olacaq. İki ölkənin hərbçiləri bu silahların idarə olunması və istifadəsinin əlaqələndirilməsini tətbiq edəcəklər, lakin heç bir real raket buraxılışı baş tutmayacaq.
Təlimlər zamanı ABŞ ordusu həmçinin Yaponiyanın Yonaguni adasında dronlara və digər aşağı uçan hədəflərə qarşı mübarizə aparmaq üçün hazırlanmış ən son NMESIS pilotsuz mobil raket sistemlərini və MADIS mobil buraxılış qurğularını yerləşdirəcək.
Əziz MUSTAFA








.jpg)










.jpg)




























.jpg)








.jpg)


























