Ukrayna ABŞ seçkilərindən sonra münasibətlərin sakitləşəcəyinə ümid edir
Ukrayna ABŞ seçkilərindən sonra münasibətlərin sakitləşəcəyinə ümid edir.
Oxuməni.az xəbər verir ki, bu barədə Zelenski Bloomberg-ə müsahibəsində deyib.
"İnanıram ki, Tramp seçkilərdən sonra Ukraynaya münasibətdə daha real sıyasət yerıdəcək", - deyə Zelenski bildirib.
Prezident aydınlıq gətirib ki, o, ABŞ-da Trampdan fərqli düçünənlər var və onlar Ukraynanın haqq mübarizəsini dəstəkləməkdə davam edirlər.. "Düşünmək istəmirəm ki, Amerika tərəfdaşlarımız müharibənin Ukraynanın hesabına daha tez başa çatdırıla biləcəyinə inanırlar. Amma bu, belə görünür", - deyə o izah edib.
Zelenski buna misal kimi Starlink-in qəsdən məhdudlaşdırılması və Ukraynanın pulunu ödədiyi Patriot raketlərinin çatdırılmasının gecikməsi kimi addımları misal gətirib. Prezidentin sözlərinə görə, Trampın Putinlə həqiqətən yaxşı münasibətləri var.
"Amma burada bir şey işləmir: hazırda Tramp Putini müharibəni bitirməyə məcbur edə bilməz", - deyə Zelenski bildirib.
Zelenski hesab edir ki, 3 noyabrda ABŞ-da keçiriləcək ara seçkilərdən sonra münasibətlər yaxşılaşa bilər.
"Siyasət seçkilər zamanı çox aqressivdir. Düşünürəm ki, indi əzabdır, amma seçkilərdən sonra həyat davam edəcək və inanıram ki, daha sakitləşəcək", - deyə o izah edib..
O, həmçinin bildirib ki, bu həftə Trampın xüsusi elçiləri Cared Kuşner və Stiv Vitkoffla yenidən görüşəcək.
Əziz MUSTAFA








.jpg)










.jpg)




























.jpg)








.jpg)


























