Pezeşkian İrəvana səfərə gəlib

Pezeşkian İrəvana səfərə gəlib

15:26
Bəyəndim (1) Bəyənmədim (0)

İran Prezidenti Məsud Pezeşkian bu səhər İrəvana qısamüddətli səfərə gəlib.

Oxuməni. az “Sputnik Ermənistan” a istinadla xəbər verir ki, "Zvartnots" beynəlxalq hava limanında İran prezidentini Ermənistanın baş nazir müavini Mher Qriqoryan qarşılayıb.

İrəvanda Pezeşkian BMT-nin Bioloji Müxtəliflik Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyası (CBD COP17) çərçivəsində liderlərin sammitində iştirak edəcək. Sammitdə 50-yə yaxın dünya lideri, eləcə də BMT-nin baş katibi Antonio Quterreş iştirak edəcək.

İran Xarici İşlər Nazirliyindən daha əvvəl bildirilib ki, tədbir çərçivəsində Pezeşkian CBD COP17-nin bir sıra iştirakçı ölkələrinin liderləri ilə danışıqlar aparacaq və fikir mübadiləsi edəcək.

Almaz Həsənli