Starlink Ukraynada fəaliyyətini bərpa edib

Starlink Ukraynada fəaliyyətini bərpa edib

16:04
Bəyəndim (1) Bəyənmədim (0)

Starlink Ukraynada fəaliyyətini bərpa edib. Oxuməni.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” ölkənin Müdafiə Nazirliyindəki mənbələrinə istinadən məlumat yayıb.

Oktyabrın 15-nə olan məlumata görə, Starlink-in hərbi təyinatlı versiyası olan Starshield-in hərəkət zamanı fəaliyyəti bərpa olunub və hazırda davam edir. Müdafiə Nazirliyindəki mənbələr bunu hərbi bölmələrdən daxil olan hesabatlar əsasında təsdiqləyirlər.

Müdafiə Nazirliyi dünən tətbiq edilən məhdudiyyətlərin bütün səbəb və şəraitinin müəyyənləşdirilməsi istiqamətində də əlaqələri davam etdirir.

Starshield terminalları saatda 160 kilometrdən yüksək sürətlə hərəkət zamanı fəaliyyətini dayandırmışdı. Bu, Ukrayna hərbçilərinin Rusiyanın “Şahed” tipli pilotsuz uçuş aparatlarını vurmaq üçün istifadə etdiyi dron-məhvedicilərin işinə də təsir göstərmişdi.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, bu cür məhdudiyyətlər fonunda Rusiya Ukraynaya qarşı ən kütləvi hücumlardan birinə başlayıb. Gecə saatlarından etibarən Rusiya yüzlərlə zərbə dronu buraxıb.

İlon Maska müraciət edən Zelenski ukraynalılar arasında insan tələfatına səbəb ola biləcək səhvin aradan qaldırılmasına çağırıb.

Almaz Həsənli