Qrenlandiya Trampın adada mineral kəşfiyyat axtarışı iddiasını təkzib edib
Qrenlandiya hökuməti ABŞ prezidenti Donald Trampın adada genişmiqyaslı minerl kəşfiyyatı iddiasını təkzib edib. Oxuməni.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qrenlandiyanın Mədən Nazirinin müavini Jorgen Hammeken-Holm Amerika şirkətlərinin "bu ərazidə aktiv" olduğunu etiraf edib. Bununla belə, o, ABŞ-ın "genişmiqyaslı" kəşfiyyatdan çox uzaq olduğunu" vurğulayıb.
Hammeken-Holm qeyd edib ki, "bir çox kiçikmiqyaslı kəşfiyyat layihələri davam edir, lakin onların işə düşməsi illər çəkə bilər". O, Trampın "Qrenlandiyada tezliklə genişmiqyaslı neft, qaz və mineral kəşfiyyatına başlanılacaq" sözlərini şərh edərkən bildirib.
Daha əvvəl Rusiya prezidenti Vladimir Putin Amerika liderinin ərazi ambisiyaları ilə bağlı şərh verib. O, qeyd edib ki, Vaşinqtonun Qrenlandiyaya iddiaları Moskvanın maraqlarına uyğun deyil.
Əziz Mustafa





































.jpg-3.jpg)
.jpg-2.jpg)
.jpg-1.jpg)












































