Ararat Mirzoyan Azərbaycanla keçmiş anklavların mübadiləsini istisna etməyib

Ararat Mirzoyan Azərbaycanla keçmiş anklavların mübadiləsini istisna etməyib

12:10
Bəyəndim (1) Bəyənmədim (0)

Ermənistan Azərbaycanla keçmiş anklavların mübadiləsini istisna etmir. Oxuməni. az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "Sputnik Ermənistan"ın sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, keçmiş anklavlar məsələsinin həlli üçün müxtəlif variantlar var və tərəflər məsələyə konstruktiv yanaşırlar.

"Hər hansı bir razılaşmanı qabaqlamaq istəmirəm, lakin deyə bilərəm ki, əgər Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29 743 kv. km ərazisindən digər dövlətə nəsə verilməli və nəsə alınmalı olsa, yəni ərazi dəyişikliyi baş verərsə, bu, ümumxalq səsverməsini nəzərdə tutan məsələdir. Belə də olacaq, bundan qaçmaq mümkün deyil", - deyə Mirzoyan bildirib.

Onun fikrincə, anklavların mübadiləsi həll yollarından biridir, lakin yeganə deyil.

"Yəni, mütənasib ərazilər nəzəri cəhətdən dəyişdirilə bilər. Deyə bilərəm ki, onların tərəfindən də konstruktiv yanaşma var. Nəticə nə olacaq? Bu, səsverməyə çıxarılacaq", - deyə Mirzoyan qeyd edib.

Daha əvvəl baş nazir Nikol Paşinyan bildirmişdi ki, sülhü təmin etmək üçün sərhədin hər iki tərəfində anklavlar və eksklavlar olmamalıdır. Ermənistan və Azərbaycan müvafiq dəqiq ölçülərdə əraziləri dəyişdirməlidirlər.

Almaz Həsənli