Zelenski Trampın tələbinə baxmayaraq, Rusiya neft emalı zavodlarına zərbələrin bərpa edilməsi barədə əmr verib

Zelenski Trampın tələbinə baxmayaraq, Rusiya neft emalı zavodlarına zərbələrin bərpa edilməsi barədə əmr verib

11:07
Bəyəndim (1) Bəyənmədim (0)

Prezident Volodimir Zelenski bildirib ki, Rusiya qoşunlarının Ukraynadakı enerji obyektlərinə hücumlarını davam etdirməsi fonunda Rusiya neft emalı zavodlarına (NEZ) zərbələrin bərpa edilməsi barədə göstəriş verib.

Oxuməni. az xəbər verir ki, bu barədə Ukrayna prezidenti "Financial Times"a müsahibəsində bildirib.

Zelenski ABŞ prezidenti Donald Trampın bu cür hücumları dayandırmaq tələbinə baxmayaraq, Rusiya NEZ-lərinə zərbələrin bərpa edilməsi barədə əmr verib.

Amerika lideri dəfələrlə Rusiya neft emalı zavodlarına edilən hücumlar səbəbindən dünyada yanacaq qiymətlərinin artmasına görə məsuliyyəti Ukraynanın üzərinə qoyub.

"Qadağa [neft emalı zavodlarına zərbələrlə bağlı] götürülüb. Bununla bağlı məsələ bitib", - deyə Zelenski bildirib.

O xatırladıb ki, Ukrayna ABŞ-ın istəklərini yerinə yetirmək üçün Rusiya enerji obyektlərinə zərbələri üç gün müddətinə dayandırıb. Lakin bu müddətdə Moskva Ukraynanın enerji infrastrukturuna zərbələr endirməyə və dinc sakinləri öldürməyə davam edib – təkcə son bir həftədə 100-dən çox insan həlak olub.

Zelenskinin sözlərinə görə, Ukraynanın zərbələri dayandırmasına baxmayaraq, Ukrayna qoşunları ballistik raketlərin yaxınlaşması barədə Amerika erkən xəbərdarlıq sistemlərindən məhrum qalıb, İlon Maskın "Starlink" peyk rabitəsinin ölkə üzrə işi isə ləngidilib. Bu da cəbhədə əməliyyatların aparılmasını və Rusiya hərbi obyektlərinə orta mənzilli zərbələrin endirilməsini çətinləşdirib.

Ağ Evlə münasibətləri yaxşılaşdırmaq məqsədilə, Rusiya enerji obyektlərinə zərbələri dayandırıb-dayandırmayacağı ilə bağlı suala cavabında o bildirib ki, buna yalnız müqabilində "Patriot" sistemləri üçün daha çox ələ keçirici raketlər veriləcəyi təqdirdə razılaşacaq.

Zelenskinin sözlərinə görə, bu, onun istədiyi "minimum" idi.

"The Washington Post" nəşrinin məlumatına görə, ABŞ Ukrayna hərbçilərinin Rusiya enerji obyektlərinə yeni zərbələr endirəcəyi təqdirdə, kəşfiyyat məlumatlarının ötürülməsini dayandıracağı ilə hədələyib.

Zelenski çərşənbə axşamı NPR radiosuna müsahibəsində təsdiqləyib ki, Ukrayna hərbçiləri kəşfiyyat məlumatlarının mübadiləsi ilə bağlı xəbərdarlıqlar və təhdidlər alıblar, lakin bu təhdidlər hələlik icra olunmayıb.

Almaz Həsənli