ABŞ İrana "bombaların anası" ilə zərbə endirmək istəyir
ABŞ administrasiyası İrana qarşı qeyri-rəsmi olaraq "bombaların anası" adlandırılan GBU-43/B (MOAB) supergüclü aviasiya bombası ilə zərbə endirmək ssenarisini nəzərdən keçirir. Oxuməni az xəbər verir ki, bu barədə CNN teleşirkəti Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hücumun hədəfi respublikanın enerji infrastrukturu və nüvə obyektləri ola bilər. Bu, ABŞ prezidenti Donald Tramp hərbi əməliyyatların bərpası barədə əmr verəcəyi təqdirdə baş verə bilər.
Telekanal qeyd edir ki, bombanın çəkisi 9,5 tondan çoxdur. Bu, ABŞ Silahlı Qüvvələrinin arsenalında olan ən güclü qeyri-nüvə bombasıdır. Onun istifadəsinin effektivliyi Trampın bəyan etdiyi strateji məqsədlərə çatmaq baxımından şübhə doğurur. Bununla belə, onun tətbiqi ABŞ ilə İslam Respublikası arasındakı münaqişədə ciddi eskalasiya demək olardı.
CNN-in mənbələrinə görə, ABŞ hərbçiləri xüsusilə Nətənz yaxınlığındakı obyektə diqqət yetirirlər; iddialara görə, həmin obyekt Kolanq-Qaz-La dağının altında gizlədilib. Bu halda supergüclü fuqas bombasının tətbiqi dağ süxurlarını yarmaq cəhdinə yönəlib.
Eyni zamanda, ABŞ administrasiyasının bir çox üzvü hesab edir ki, İrana qalib gəlməyin yeganə yolu quru qoşunlarının cəlb olunduğu genişmiqyaslı əməliyyat keçirməkdir. Lakin bu, minlərlə ABŞ əsgərinin ölümü ilə nəticələnə bilər. Teleşirkət əlavə edir ki, Trampın özü də ABŞ hərbçilərini İrana göndərməkdə maraqlı olmadığını bildirib.
Almaz Həsənli



















.jpg-3.jpg)
.jpg-2.jpg)
.jpg-1.jpg)












































.jpg)







.jpg)









