Türkiyədə müxalifətçi "Halk TV" telekanalının yayımı dayandırılıb
Çərşənbə günü Türkiyə polisi müxalifətçi "Halk TV" telekanalında axtarış aparıb və kanalın yayımı dayandırılıb.
Oxuməni.az xəbər verir ki, telekanal əməkdaşlarının İstanbuldakı ofisə buraxılmadığını və hakimiyyətin kanala yeni direktor təyin etdiyini açıqlayıb.
Türkiyə mətbuatının məlumatına görə, axtarışları polisin maliyyə cinayətləri ilə mübarizə şöbəsi həyata keçirir.
Türkiyə prokurorluğu axtarışların "Halk TV"-nin rəhbəri Cəfər Mahiroğluya qarşı açılan işlə bağlı olduğunu bildirib. Prokurorluq onu rüşvətxorluq, tenderlərdə dələduzluq və çirkli pulların yuyulmasında ittiham edir. Bu işlə bağlı 17 nəfər barəsində həbs qərarı çıxarılıb.
Türkiyədən gələn məlumatlara görə, Mahiroğlu hazırda ölkə xaricindədir. O, sosial şəbəkələrdə kanalın xalqa məxsus olduğunu, hakimiyyətin onu ələ keçirməyə və öz təyin etdiyi şəxsin idarəçiliyinə verməyə haqqı olmadığını yazıb.
"Halk TV" Türkiyədə müxalifətçi Cümhuriyyət Xalq Partiyasına (CHP) yaxın kanal hesab olunur. Kanal tez-tez prezident Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyasını (AKP) tənqid edir.
May ayında məhkəmə Cümhuriyyət Xalq Partiyasının rəhbərliyini partiyanın idarəçiliyindən kənarlaşdırıb.
Almaz Həsənli








































.jpg)







.jpg)



































